Misirdə terror hadisəsi baş verib. Sinay yarımadasında hərbi maşının partlaması nəticəsində 5 polis həlak olub. Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Polis tərəfindən araşdırmalara başlanılıb.