"Bazarstore" məhsulu göstərilən qiymətdən baha satdığı üçün inzibati məsuliyyətə cəlb edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Bazarstore" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib..
Tehsil-press.az
- Baxış: 120
Xəbərin tarixi: 23.07.2025 / 21:27
-
Oxşar xəbərlər