Malayziyada qeyri-adi tibb hadisəsi baş verib.
Tehsil-press.az bildirir ki, 15 yaşlı oğlan qarnında əkiz qardaşının dölü çıxarılıb.
İndiyədək əkizini özü ilə gəzdirən oğlan ağrılardan şikayətləndikdən sonra xəstəxanaya aparılıb. Oğlanın anası deyib ki, döl bütöv uşaq kimi bütün orqanlara, əl-ayaq və cinsi orqana sahib olub. Yalnız ağzı və burnu hələ formalaşmayıb.
Döl içində döl nədir?
Paytaxt Kuala-Lumpurdakı Pantay xəstəxanasının mamalıq və ginekologiya mütəxəssisi doktor F.Raman BBC müxbirinə deyib ki, belə hallarda ekiz döllərdən biri o birinin içində olur və burada yaşamaqda davam edir. Belə dölə bəzən "parazit döl" də deyilir. Həkim bildirib ki, bəzən də döl digər dölün içində olmur və ona yapışır. Bəzən isə bir uşağın içində iki dölə təsadüf edilir. Normal halda bu qadın üçəm uşaq doğmalı idi.
Buna səbəb nədir?
Bu tibbi halın dəqiq səbəbi məlum olmasa da, döl inkişafının erkən mərhələsində baş verdiyi düşünülür.
Başqa dölün içərisinə keçmiş döl tam formalaşmasa da, "parazitik" qaydasında həmin dölün içində yaşamasını davam etdirir. Belə hallara hər 500 min doğuşdan birində təsadüf olunur.
Döl içində döl neçə müddətdə yaşaya bilər?
Haqqında geniş danışılan hallardan birində Hindistanda 36 yaşlı bir kişinin qarnı o qədər böyüyübmüş ki, o nəfəs ala bilmirmiş.z
Doktor Rahmanın sözlərinə görə, tibb xidmətinin olmadığı ucqar bölgələrdə qarnında döllə yaşayan və bundan xəbərsiz olan insanlar var.
Həkim deyir ki, belə insanlar ultrasəs müayinəsindən keçsəydilər, qarınlarındakı döl dərhal aşkar olunardı.
Tehsil-press.az