Peterburqda azərbaycanlıdan insanlıq dərsi

Peterburqda azərbaycanlıdan insanlıq dərsi Rusiyanın Sankt-Peterburq şəhərinin Kalinin rayonunun sakini 6 yaşlı oğlunu evdən qovub.

Tehsil-press.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bayırda qalan azyaşlını azərbaycanlı qonşu götürüb.
Elbrus adlı azərbaycanlı kişi polisə müraciət edib və bildirik ki, eyni binada yaşayan 6 yaşlı Dimanı evində saxlayır. Polis əməkdaşları həmin ünvana gediblər. Dimanı görən polis işçiləri təcili tibbi yardım çağırıblar. Məlum olub ki, uşağın bədəni və ətrafları heyvan dişləməsinin izləri ilə doludur. 6 yaşlı oğlan deyib ki, onu anasının saxladığı it dişləyib.
Uşağın anası Qalinanın qapısı bağlı olub, heç kim açmayıb. Qonşu Elbrus bildirib ki, evdə antisanitariya hökm sürür, hətta Dimanın yatmağa belə yeri yoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər