"İphone"ları robotlar istehsal edəcək

"Foxconn" rəhbərliyi bir çox istehsal fabriklərində robotlardan istifadə etməyə başladıqlarını təstiqləyib.

"Apple" və "Samsung" məhsullarının istehsalçısı olan Çinin "Foxconn" şirkəti 60 min işçisini robotlarla əvəz edəcək.
Tehsil-press.az-ın məlumatına görə, telefonları işçilərin yerinə robotlar istehsal edəcək.
"South China Morning Post" qəzetinə bu barədə danışan Çinin Kunşan şəhərinin ictimaətlə əlaqələr departamentinin rəhbəri Şu Yulian robotların fəaliyyətə başlaması ilə artıq işçilərin sayının 110 mindən 50 minə düşdüyünü söyləyib.
"Foxconn" rəhbərliyi bir çox istehsal fabriklərində robotlardan istifadə etməyə başladıqlarını təstiqləyib.
"Daha əvvəl işçilərimiz tərəfindən aparılan və təkrara əsaslanan işləri robotlar və digər yaradıcı istehsal texnikaları ilə həyata keçiririk. Treninqlərin köməyi ilə əməkdaşlarımızı istehsal müddətində araşdırma inkişaf etdirmə, proses və keyfiyyətə nəzarəti kimi yüksək əlavə dəyərli sahələrə yönəldirik. İstehsal fəaliyətimizdə texnika və insan əməyindən də yararlanmağa davam edəcəyik"-deyə "Foxconn Technology Group"-dan bildirilib.
"İphone"ları robotlar istehsal edəcək
"Foxconn" da iş prosesi

2014-cü ildən bu yana Çinin Quandun əyalətindəki Donquan şəhərində 505 fabrikdə robot texnologiyasına 630 milyon dollar sərmayə qoyulub. "Deloitte"un Oxford Universiteti ilə birlikdə apardığı tətqiqat nəticəsində məlum olub ki, yaxın 20 ildə dünyada robotların fəaliyyətə başlaması nəticəsində 35% insan işsiz qalacaq.


Tehsil-press.az

Oxşar xəbərlər