Azərbaycan qarşı tərəfi vahiməyə salan silahların istehsalına başlayır

Azərbaycan qarşı tərəfi vahiməyə salan silahların istehsalına başlayır Bu barədə Yavər Camalov ANS-ə açıqlama verib.

“Azərbaycan iri hərbi texnikaların idxalı ilə yanaşı artıq ölkədə geniş istehsalını da planlaşdırır. Aprel döyüşlərindən sonra Ermənistan ordusunu vahiməyə salan hədəfi vurmaq gücündə olan pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanda istehsalına başlanılacaq”. Bu fikirləri Tehsil-press.az-a eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, yaxın üç ay ərzində “Zərbə” adlı yeni nəsil PUA-nın sınaqlarına start veriləcək: “Azərbaycan artıq müxtəlif mənzilli raket texnologiyalarının istehsalına da başlayacaq. Bütün silah-sursatın istehsalı üçün ölkəmizdə zavodun açılması planlaşdırılır”.
“Artıq biz iyun yaxud iyul ayının sonlarına həmin zavodun açılışını planlaşdırırıq. İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da, bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq.


Tehsil-press.az

Oxşar xəbərlər