Kommunikasiyaların tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasında siyasi intriqalar qızışır. Mübarizə daha açıq müstəviyə keçir. Son dövrlərə qədər ABŞ bu prosesdə aktiv görünürdü. Ağ Ev Rusiya və Çinin iştirakı olmadan Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz üzərində nəzarəti əl almaq niyyətində idi.
Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra rəsmi Moskvanın bu prosesdə artan aktivliyi müşahidə olunur:
“Rusiyanın burada əsas məqsədi Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsinə nail olmaqdır. Bununla Kreml yeni bazarlar əldə etmək istəyir. Ukrayna ilə müharibənin davam etməsi fonunda bu, Rusiya üçün həyatı əhəmiyyət kəsb edir”.
Siyasi sərhçiyə görə, Şimal-Cənub layihəsinin işlək olması, onun qarşısındakı maneələri aradan qaldırmaq üçün Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsi əsas şərtdir:
“Əgər Qərb bölgədə Rusiyanın təsir imkanlarını zəiflədərsə, bu, təkcə Cənubi Qafqazdakı kommunikasiyaların açılmasına deyil, Rusiyanın iştirak etdiyi Şimal-Cənub layihəsinə də təsir edəcək. Ona görə də, Kreml Cənubi Qafqazda mövqelərinin gücləndirilməsi ilə yanaşı Azərbaycanla Ermənistan arasında açılacaq kommunikasiya xətlərindən öz maraqlarına uyğun istifadə etməyə çalışır”.
Asif Nərimanlı hesab edir ki, 2020-ci il 10 noyabrda əldə edilmiş üçtərəfli (Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış bəyanat) razılaşma burada dəhliz məntiqini işə salır:
“Ermənistan bunu qəbul etmədiyi üçün Azərbaycandan-Azərbaycana prinsipi gündəmə gətirilib. Burada Kalininqrad dəmir yolu modelinin tətbiqindən də söhbət gedir. Bununla Azərbaycandan gedən yüklər və sərnişinlər Ermənistan tərəfindən sərhəd-gömrük yoxlanışından keçmir. Üçüncü tərəflər bu yoldan istifadə edərsə, onlar Ermənistanın qaydalarına uyğun yoxlanışdan keçməli olacaq”./Teleqraf.com
Tehsil-press.az