Rusiya Azərbaycandan sülhməramlı kontingentini çıxarmağa niyə razılaşmalı idi?
Bu sual ətrafında ABŞ-ın “Stratfor” analitik-kəşfiyyat mərkəzinin analitiki Metyu Orr fikirlərini erməni mediasına açıqlayıb.
Onun fikrincə, bunun bir neçə səbəbi var:
“Birinci səbəb resurslarla bağlıdır. Bəli, bunlar kiçik hərbi resurslardır, lakin başqa yerlərdə, o cümlədən şimalda və Ukrayna cəbhəsində onlara hələ də ehtiyac var.
İkinci əsas səbəb isə odur ki, Rusiya Cənubi Qafqazda yeni strategiya çərçivəsində azərbaycanlılara nə qədər çox güvəndiyini, münasibətlərinin nə qədər sıx olduğunu maksimum göstərməyə çalışıb. Bu, Rusiyanın Ermənistana yönəlmiş siqnalı idi.
Rusiyanın əvvəlki strategiyası 2020-ci il sənədinin reallaşmamasından sonra tamamilə iflasa uğradı. Bundan sonra Moskva bütünlüklə Azərbaycan və Türkiyə ilə sıx münasibətlərə əsaslanan Cənubi Qafqaz strategiyasına keçdi”.
Orr ermənilərin Qarabağa qayıtması məsələsinin praktiki olaraq bağlandığını da bildirib.
Tehsil-press.az