Sertfikasiya imtahanından tələb olunan minimal balı toplaya bilməyən 4 minə yaxın müəllimin tədris müəssisəsində işləmək hüququ məhdudlaşmayıb.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov deyib.
O, kəsilən müəllimlərin qarşıdakı bir il ərzində aqibətinə aydınlıq gətirib:
“Həmin müəllimlər növbəti il MİQ vasitəsilə işə qəbul ola bilərlər. Bu müddət ərzində öz üzərlərində çalışsalar, bilik və bacarıqları yetərli olsa, yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi həmin şəxslərin digər sosial yerlərdə çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı 20-30 illik təcrübələri var. Bu, onlara birmənalı şəkildə yenidən təhsil sahəsində işləmək imkanı verir”.
Qeyd edək ki, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.
Tehsil-press.az