Kurort istirahəti çoxlu sayda müxtəlif sosial statuslu insanları daim cəlb edir. İsti dəniz, qızmar yay günəşi və ekzotik meyvələr məzuniyyət keçirmək üçün əla ideyadır. Fərq yalnız qiymətdədir. Amma bir var, istirahət üçün münasib variant, bir də var, hər kəsin cibinə uyğun olmayan ən bahalı kurortlar. Belə yerlərin gözəlliyi insanı sanki ovsunlayır. Hələ servis və xidmətin səviyyəsini demirik.
“Travel and Adventure” jurnalı 2019-cu ildə dünyanın ən bahalı kurortlarının reytinqini təqdim edib. Qiymət uçuş nəzərə alınmaqla, 1 səyyah üçün birgünlük göstərilib.
10. Freqat adası, Seyşel adaları – 800 dollar.
Reytinqimiz Hind okeanı sahillərində Seyşel adaları qrupuna daxil olan Freqat kurortu ilə açılır. Bura yalnız Maenin paytaxtından helikopterdə və ya yaxtada gəlmək olar. Ada gözəl çimərlikləri olan, vəhşi cəngəlliklərə gözəl mənzərə açılan şəxsi ərazidir.
“Fregate Island” turistlərə çoxsaylı əyləncələr, o cümlədən bütün ada boyu yerləşən saysız-hesabsız restoranlar, dənizlə maraqlanmayan turistlər üçün mənzərəli yerlərdə hovuzlar, müxtəlif çeşidli masaj xidmətləri göstərən spa-mərkəzlər və s. təklif edir. Seyşel adalarına beşgünlük putyovkanın qiyməti təqribən 4 min dollardır. Hər şey müştərinin istəyinə bağlıdır.
9. Havay adaları, ABŞ – 1200 dollar.
Amerikanın yaxınlığında, Sakit okeanda yerləşən Havay adaları barədə hamı eşidib. Ora getmək asan deyil. Məsələn, Bakıdan uçuş təqribən 20 saat çəkir.
Adaya gələn turistləri krallar kimi qarşılayırlar. Belə putyovkalara adətən yerli otellərin bütün xidmətləri daxildir. Havay adaları fəal istirahəti sevənlərə çoxlu sayda idman əyləncələri, sakitliyi sevənlərə isə okeana gözəl mənzərə açılan kimsəsiz çimərliklər təklif edir. Beşgünlük belə məzuniyyət minimum 6000 dollara başa gəlir.
8. San-Pedro, Beliz – 1400 dollar.
Reytinqdə səkkizinci yer Belizdə yerləşən, Karib dənizinin sularının yuduğu ən bahalı kurorta verilib. Kimsəsiz çimərlikləri olan bu adaların ərazisi şəxsi mülkiyyətdir.
Beşgünlük istirahət uçuş və yaşama xərcləri də daxil olmaqla, turistə 7 min dollara başa gəlir. Adanın qonaqlarının maksimum sayı 14 nəfərdir. Rahatlıq üçün qonaqlara bir neçə villadan birini seçmək təklif olunur, onlara fərdi köməkçi təhkim edilir. San-Pedro (Cayo Espanto) kurortunun daha bir unikal xüsusiyyəti var: istirahət edənlər gündə 10 000 dollar haqq müqabilində bütün adanı icarəyə götürə bilərlər.
8. Tısbağa adası, Fici – 1700 dollardan başlayan qiymətlər.
Ailəvi istirahət üçün ideal məkandır. Burada eyni vaxtda 14 adam dincələ bilər. Tısbağa adasına (Turtle Island) putyovkaya adadakı bütün əyləncələrin və yerli restoranlardakı yeməyin qiyməti daxildir. Kurort ekzotik balıq ovu təşkil etməklə də məşhurdur.
Adaya turistləri cəlb edən məqamlarından biri minimum 100 il yaşayan böyük tısbağalardır. Bu yerlərin təbiətinin gözəlliyini sözlə təsvir etmək mümkün deyil. Adada 6 gün yaşamaq 10000-15000 dollara başa gəlir.
6. Altamar, Anqilya – 5000 dollar.
San-Pedronun yaxınlığında, Karib dənizi hövzəsində istirahət üçün daha bir gözəl məkan yerləşir. Angilya adasında yerləşən Altamar kurortu İngiltərə ərazisinin bir hissəsidir. Bu kurort qüsursuz servisi və mətbəxi ilə seçilir.
Altamar şəhərin hay-küyündən və telefon söhbətlərindən yorulmuş insanlar üçün ideal yerdir. Kurortda 6 gün dincəlmək minimum 30 000 dollara başa gəlir. Doğrudur, burada istirahət etmək üçün iki həftədən başlayan vaxt bron edilməlidir. Bu da ən azı 100 000 dollar deməkdir.
5. Raniya, Maldiv adaları – 12 000 dollar.
Raniya sözün həqiqi mənasında rahatlıq və əmin-amanlıq bəxş edən yerdir. Maldivdə kiçik adada yerləşən Raniya kurortu (Rania Experience) qonaqları dəbdəbə və həzz dəryasına qərq edir. Burada eyni vaxtda dincələnlərin maksimal sayı 12 nəfərdən çox deyil. Tənhalığı və tərki-dünyalığı sevənlər üçün bütün apartamentlər bir-birindən aralı yerləşir.
Raniyaya yalnız suyun səthinə enə bilən təyyarədə və ya yaxtada gəlmək olar. Maldiv adalarına açılan inanılmaz gözəl mənzərənin doğurduğu müsbət emosiyalar təyyarə ilə səyahəti unudulmaz edir. Beşgünlük istirahət 60 000 dollara başa gəlir.
4. Sandi Leyn, Barbados - 20 000 dollar.
Karib dənizi əsrarəngiz istirahət yerləri ilə daim təəccübləndirir. Şərqdə Barbados ada dövləti, premium sinfindən olan Sendi Leyn (Sandy Lane) kurortu yerləşir. Burada qonaqlar üçün görüşdən tutmuş xüsusi seçilmiş əyləncələrədək hər şey incəliyinə qədər düşünülüb.
Barbados çimərlikləri çəhrayı rəngli qeyri-adi qumsallığı ilə cəlb edir. Qolf oynamağı sevənlər üçün xüsusi meydanlar var. İstirahətə gələnlər 5 gün ərzində orta hesabla 90000-100000 dollar ödəyirlər. Sendi Leynin bütün atmosferinə onun roman üslubunda interyerinin hər bir hissəsinin dəbdəbəsi hopub.
3. Maşa Key, Baham adaları – 25 000 dollar.
Baham adalarındakı Maşa Key kurortu dünyanın ən bahalı kurortlarının reytinqində ən yaxşı üç kurort sırasındadır. Burada yaşayan qonaqların maksimal sayı 24 nəfərdən çox olmamalıdır. Burada adi otellər yerinə biznes-klass apartamentlər inşa edilib.
Bir gün üçün təqribən 25 000 dollar ödəyən turist kurortun təklif etdiyi xidmətlərin bütün spektrini əldə edir. Doğrudur, üç gün üçün haqq, yəni 75000 dollar ödəmək lazım gəlir.
2. Neker, Virgin adaları - 29 000 dollar.
Nekerə ada sahibinin ailəsi olmayanda yaxtada və ya helikopterdə gəlmək olar. Turistləri bir neçə gözəl villada yerləşdirirlər.
Virgin adasının və Neker (Necker) kurortunun çimərlikləri kəhrəba və bəyaz qumsallığı ilə şöhrət qazanıb. Burada dayvinq və sörfinqlə məşğul olmaq, tennis kortunda oynamaq, istənilən dövlətin milli mətbəxini sifariş etmək olar. Bütün bunlar bir gündə bir nəfər üçün 29 000 dollar ödəməklə mümkündür.
1.Sa Ferradura, İspaniya – 100 000 dollardan başlayan qiymətlər.
2019-cu ilin ən bahalı kurortu İspaniyanın Aralıq dənizi bölgəsində yerləşən Sa Ferradura adasıdır. Kurortun möhtəşəmliyinin yaradılmasına 10 il vaxt sərf olunub. Burada hər şey – tennis kortları, yaxtalar, qolf meydanları, əlqərəz, hər nə desən var.
Lakin burada istirahət etmək kefi gündə 100 000 dollara başa gəlir. Yer kürəsinin hər bir varlı insanı İspaniyanın bu kurortunda, heç olmazsa, bir gün yaşamağı özünə borc bilir. Sa Ferradura dünyanın çox gözəl, lakin dedikcə bahalı istirahət məkanıdır.
Tehsil-press.az