
GEM Hesabatının direktoru Manos Antoninis texnologiyanın sürətli inkişafı fonunda təhsil siyasətində insan amili ön planda saxlanmalıdır deyə bildirib:
“Məktəb rəhbərləri bu prosesdə əsas rola malikdirlər. Onları dəstəkləmək ölkələrin rəqəmsal təhsili şagirdyönümlü və davamlı şəkildə qurmasına imkan verəcək.”
Hesabatda qeyd olunur ki, Çin, Yaponiya və Cənubi Koreya təhsilin rəqəmsallaşdırılmasını milli inkişaf strategiyalarının əsas hissəsinə çeviriblər. Məsələn, Çin 2030-cu ilə qədər bütün məktəblərdə süni intellekti tətbiq etməyi planlaşdırır, Yaponiyada isə 2020-ci ildə cəmi 8% məktəbdə istifadə olunan rəqəmsal dərsliklər bu il 88%-ə çatıb. Koreya isə 2028-dək tam süni intellekt əsaslı dərsliklərə keçəcək.
Hesabat məktəb və sistem rəhbərlərinə müstəqillik, aydın siyasət çərçivəsi və xüsusi təlimlər verilməsinin vacibliyini önə çəkir. Bununla yanaşı, təhsil müəssisələrinin əlavə texniki heyətlə dəstəklənməsi, məlumatların təhlükəsiz istifadəsi və platformaların vahid sistemdə birləşdirilməsi tövsiyə olunur.
UNESCO xəbərdarlıq edir ki, rəqəmsallaşma bərabər imkanların təmin olunmadığı halda mövcud təhsil uçurumlarını daha da dərinləşdirə bilər. Buna görə də ölkələr təcrübə mübadiləsi, məlumatların düzgün idarə olunması və liderlərin qərarvermə prosesində fəal iştirakı üzərində dayanmalıdırlar.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
Tehsil-press.az