“Microsoft” korporasiyasının formalaşdırdığı, UNESСO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib. Onlayn formatda keçirilmiş görüşdə rəqəmsal texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin hamı üçün əlçatanlılığın təmin edilməsi ilə bağlı ölkələr arasında müzakirələr aparılıb. Bu sahədə reallaşdırılan pilot layihələr barədə təqdimatlar edilib.
Görüşdə iştirak edən Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya dövründə tətbiq olunmuş “Virtual məktəb” platforması haqqında məlumat verib. Pandemiyadan sonrakı dövrdə aktiv istifadəçi sayı 1 milyonu keçən onlayn mühitin yeni istifadə imkanlarından bəhs edib.
Görüş zamanı gələcək üçün lazım olan iş və bacarıqların transformasiyası, gələcək tələbələrin formalaşdırılması və məsafədən tədrisdə müəllimlərin yeni rolu, təhsil sistemində bərabərliyin təmin edilməsi üzrə hökumətlər tərəfindən istifadə olunan data və analitik alətlər əsas müzakirə mövzuları olub. Bununla yanaşı, tədbirdə süni intellekt, kompüter elmlərinin tədrisində yeni yanaşmalar, müəllimlərin peşəkar inkişaf proqramları, təhsilin idarə edilməsində informasiya sistemləri üzrə pilot layihələrin təqdim olunduğu sessiyalar keçirilib.
Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”ndən irəli gələn fəaliyyətlər sırasında nazirliyin qeyd olunan platformada iştirakı nəzərdə tutulur.
Tehsil-press.az