
Gənclərin doktorantura təhsili üçün üz tutduğu ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üstünlük təşkil edir. Bundan başqa, Türkiyə, İsveçrə və Avstraliya doktorantura təhsili üçün seçilən ölkələr sırasındadır.
Proqram iştirakçıları dünyanın nüfuzlu universitetlərində əsasən aşağıdakı ixtisaslarda təhsil alacaqlar:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
London Kraliça Meri Universiteti (Queen Mary University of London) – “Tibb mühəndisliyi”, “Kompüter elmləri”
Birmingem Universiteti (University of Birmingham) – “İnşaat mühəndisliyi”, “Kimya”
Oksford Universiteti (University of Oxford) – “Yer elmləri”, “Riyaziyyat”, “Regionşünaslıq (Rusiya və Şərqi Avropa)”
Qlazqo Universiteti (University of Glasgow) – “Təhsil”, “Yer elmləri”, “Kompüter elmləri”
Şeffild Universiteti (University of Sheffield) – “Materialşünaslıq və mühəndislik”
Bristol Universiteti (University of Bristol) – “Kimya”
Kembric Universiteti (University of Cambridge) – “Təhsil”
Mançester Universiteti (University of Manchester) – “Molekulyar biologiya”
Sauthempton Universiteti (University of Southampton) – “Təhsil”
London Universitet Kolleci (University College London, UCL) – “İnşaat, ekoloji və geoinformasiya mühəndisliyi”
Türkiyə
İstanbul Universiteti (Istanbul University) – “Kimya”
İsveçrə
Sürix Ali Texniki Məktəbi (ETH Zurich) – “Kompüter elmləri”
Avstraliya
Sidney Universiteti (University of Sydney) – “İnşaat mühəndisliyi”
Qeyd edək ki, ümumilikdə növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 500 gənc dünyanın nüfuzlu universitetlərində təhsil alacaq. Onların 125 nəfəri bakalavriat, 356 nəfəri magistratura, 19 nəfəri isə doktorantura səviyyəsində təhsilini xaricdə davam etdirəcək.
Tehsil-press.az