Moskvada “QRU” rəisinin evini yarmaq istədilər

Moskvada “QRU” rəisinin evini yarmaq istədilər Naməlum şəxslər Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin ("QRU") rəisi İqor Korobovun məzilinə zorla girməyə cəhd ediblər. Tehsil-press.az bildirir ki, bu barədə “Moskovskiy komsomolets” qəzetinə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda deyilirik, mayın 27-də Yeni Moskvadakı koteclər qəsəbəsinin gözətçiləri 59 yaşlı general-leytenant İqor Korobova müraciət edərək onun evində siqnalizasiyanın işə düşdüyünü bildiriblər. Nəşr yazır ki, baş kəşfiyyatçı dərhal polisə müraciət edib.
Hadisə yerinə baxış keçirən polislər orada yarım qutu “Parlament” siqareti və pəncərədə qırılma izləri aşkar ediblər. Amma cinayətkarlar evə girə bilməyiblər. Polisin qənaətinə görə, oğrular çox əsəbi olublar və siqnalizasiya səsi eşidən kimi qaçıb aradan çıxıblar.
Müşahidə kameralarına baxandan və qonşularla söhbətdən sonra polis oğruları qəsəbədə işləyən fəhlələr arasında axtarmağa başlayıb. İki gündən sonra baş tutmayan oğurluqda şübhəli bilinən 5 Moldova vətəndaşı saxlanılıb. Yeri gəlmişkən, miqrantların qonşuluqdakı elit qəsəbədə artıq bir neçə belə cinayət əməli törətdikləri bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər