
Lakin hələ sertifikasiya növbəsi çatmayan müəllimlər də maaşlarının artırılması istəyilə tez-tez sosial şəbəkələrdə paylaşımlar edirlər.
Bəs sertifikasiyadan hələ keçməyən müəllimlərin əmək haqları artırıla bilərmi?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlamasında bunun düzgün addım olmadığını söyləyib:
“Hər bir müəllimin bilik və bacarığının qiymətləndirilməsi üçün sertifikasiya imtahanları keçirilir. Buna uyğun olaraq da əmək haqları artırılır. Əmək haqqının artırılması situmullaşdırıcı tədbir kimi görülür. Əmək haqlarının artırılması həm də keyfiyyətli xidmətə görədir. Əgər biz sertifikasiyadan keçən, yüksək bal toplayan müəllimlə sertifikasiyadan keçməyən və ya keçə bilməyən müəllimi eyni tutacağıqsa, onda bunun bir mənası qalmır. Bazar iqtisadiyyatının öz tələbləri var. Yəni tələb-təklif məsələsi var. Ona görə də məsələyə bu cür yanaşma digər müəllimlərimizi də situmullaşdıracaq ki, sertifikasiya imtahanlarından keçsinlər”.
Tehsil-press.az