“Tvinninq” layihəsi çərçivəsində Azərbaycan Respublikasının üç ali təhsil müəssisəsində pilot qiymətləndirmələrin aparılması nəzərdə tutulur. Bununla bağlı olaraq Təhsil Nazirliyinin nümayəndələrinin, müxtəlif universitetlərdən təmsilçilərin və avropalı qonaqların iştirakı ilə Azərbaycan Texniki Universitetində görüş keçirilib.
Məşvərətçi qrup görüş iştirakçılarına “Azərbaycan Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlar” adlı sənəd təqdim edib. Ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşdırılması məqsədilə hazırlanan sənəd geniş müzakirə olunub.
Avropalı qonaqlar, Finlandiya Təhsilinin Qiymətləndirilməsi Mərkəzinin Ali Təhsil Şöbəsinin rəhbəri Helka Kekalainen və Estoniya Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyin direktoru Heli Mattisen tətbiq olunacaq standartlardan danışıblar.
Qeyd edək ki, “Tvinninq” layihəsi Finlandiya Təhsilinin Qiymətləndirilməsi Mərkəzinin, Estoniya Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə layihəsidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin büdcəsi 1.3 milyon avrodur.
AzTU-nun Mətbuat Xidməti