Erməni komandan əsgərlərinin Azərbaycan raketlərinə 1 dəqiqə də müqavimət göstərə bilməyəcəyini deyib.
"Azərbaycan hərbçilərinin azad etdiyi mövqelər strateji məntəqələr idi". Tehsil-press.az-ın Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, bu fikirləri qondarma Dağlıq Qarabağın "müdafiə ordusunun" sabiq komandanı Samvel Babayan (Syamo) Ermənistan hakimiyyətini kəskin tənqid edərkən deyib.
Syamo bildirib ki, dördgünlük müharibə Bakı üçün gözlənilməz olub. Ancaq fakt odur ki, Azərbaycan ordusu saat yarım vaxt ərzində məlum mövqeləri ələ keçirə bilib:
"Mən bilmirəm, o ərazilərin 800, yaxud 1800 metr olduğunu kim ölçüb. Həmin mövqelər, Mardakert istiqamətindəki ərazilər konkret olaraq ikili təyinatlı strateji məntəqələr olub. Birincisi, həmin ərazilər yaxınlıqdakı kəndlərin sakinlərinin yaşamaq imkanını təmin edirdi. Bu torpaqlar "Dağlıq Qarabağın" sərhədləridir. İkincisi, Azərbaycan ordusunun azad etdiyi həmin ərazilər - Gəncədən Beyləqana qədər bütün düzənliklər bizim ovcumuzun içində idi. İndi biri deyir ki, bu ərazilər strateji əhəmiyyətə malik idi, o biri deyir ki, belə deyil. Həmin əraziləri görmədən bu insanların necə belə fikirlər səsləndirdiklərini başa düşə bilmirəm. Xüsusilə Mardakert istiqamətində strateji əhəmiyyəti olmayan mövqe yoxdur”.
Samvel Babayan
Keçmiş komandan bildirib ki, Azərbaycan böyük miqdarda silahlar alır və müharibəyə hazırlaşır. Qarşı tərəf artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yönəldir ki, bununla da təmas xəttindəki erməni mövqelərini, habelə şəhərlərini və kəndlərini yerlə-bir edə bilər.
Babayan əlavə edib ki, Ermənistan Azərbaycanla istər insan resursları baxımından, istərsə də maliyyə baxımından rəqabət apara bilməz.
“Siz təsəvvür edin ki, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini quraşdırıblar. Sual yaranır: Nə üçün? Qarabağa zərbə endirmək üçün? Bunun üçün onlar həmin sistemləri Naxçıvanda yox, təmas xəttində yerləşdirməli idilər. Biz deyəndə ki, hücuma başlamağa hazırıq, qarşı tərəf bundan hökmən istifadə edəcək və artıq İrəvana zərbə vuracaq. İrəvandan Naxçıvana olan məsafə cəmi 42 kilometrdir. Azərbaycanın yerləşdirdiyi bu silahlar 70-150 kilometr məsafəni vura bilir. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq?
"Bakıda çay içəcəyik" deməklə iş bitmir. Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, qarşı tərəf tezliklə İrəvana çatacaq və burada çay içəcək.
General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o raketlərə 1 dəqiqə də müqavimət göstərə bilməyəcək. Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, insan həmin yerdə necə dayana bilər? Deməli, bizim ruhumuz yüksəkdir? Əsgər raketi tutacaq, yoxsa mərmini havada saxlayacaq? Biz əsgərlərin təhlükəsizliyi barədə düşünməliyik”, - deyə S. Babayan deyib.
Samvel Babayan ilk növbədə hava hücumundan müdafiəyə xüsusi diqqət yetirilməsini təklif edib: “Qarşı tərəfin mövqelərini vurmaq üçün artilleriya mövqelərini müəyyən edən qurğular alınmalıdır. Samonun fikrincə, indi məsələ təkcə Qarabağın deyil, bütün erməni dövlətçiliyinin təhlükəsizliyidir.
Onun sözlərinə görə, hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz iki raketlə Bakını yerlə bir edəcəyik. "Heç kim həmin raketlərin gücünü və imkanlarını başa düşmür. Doğma xalqı aldatmaq olmaz".
Tehsil-press.az