Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarların keçirilməsi, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası kimi əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaqdır. Sammitdə dövlət qurumları və böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye təmsilçiləri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc (100 müəssisə və 10000 ziyarətçinin iştirakı planlanılır) iştirak edəcəkdir.
Tədbir Arena Hotel Kur məkanında keçiriləcək və Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil olunacaqdır.
Sammitdə iştirak edərək universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanına malik olacaqsınız.
İştirak etmək istəyən müəssisələr 30 sentyabr 2025-ci il tarixinə qədər careerhub.az-dan qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün aşağıda qeyd edilən əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
İştirak üçün:mob: +99410 411 86 86
Email: [email protected]
Sponsorluq üçün: +994707408840
Email: [email protected]
Instagram: https://www.instagram.com/p/DNNDol5RZA7/
Tehsil-press.az