Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) sənaye-universitet əməkdaşlığı istiqamətində tədbirlər davam edir.
Bununla bağlı universitetdə “Sənaye-universitet əməkdaşlığı: karyera, iş imkanları və perspektivlər” mövzusunda panel müzakirə təşkil edilib. Tədbirin əsas məqsədi sənaye müəssisələri ilə ATMU arasında birbaşa əlaqənin yaradılması, tələbələrə yeni iş imkanları barədə məlumatların çatdırılması olub.
ATMU rektorunun müşaviri Elvin Yusifli və menecment kafedrasının müdiri vəzifəsini icra edən Uğur Babayev bu cür panel müzakirələrin keçirilməsinin vacibliyini və davamlı təşkilinə ehtiyac olduğunu vurğulayıblar. O, Strateji Yol Xəritəsi, Dövlət Turizm Agentliyi tərəfindən universitetin inkişafı ilə bağlı hazırlanmış strateji plan barədə iştirakçılara məlumat verib. ATMU üçün yeni inkişaf hədəflərinin bu planda öz əksini tapdığını söyləyib.
“ABAD” təşkilatının rəhbərliyi adından çıxış edən ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Qəmər Bağırova təmsil olunduğu qurumun fəaliyyət istiqamətlərindən, tələbələrin yeni kreativ ideyalarının dəyərləndirilməsi məsələlərindən danışıb.
“Bulvar Hotel”in təlim və inkişaf üzrə meneceri Səbinə Cəfərova və insan resursları mütəxəssisi Cəmilə Qasımova fəaliyyətlərindən söz açıblar, mövcud iş imkanları barədə tələbələrə məlumat veriblər.
Sonra “REC travel” şirkətinin direktoru Ramiz Qafarov tələbələrə turizm sahəsində sahibkarlıq fəaliyyətinə hazırlıq yolları, şirkətin mövcud iş imkanları barədə danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

ATMU-nun Mətbuat Xidməti