Azərbaycanın təhsil işçiləri Hindistanda 12-ci Ali Təhsil Sammitində iştirak edirlər

Azərbaycanın təhsil işçiləri Hindistanda 12-ci Ali Təhsil Sammitində iştirak edirlər Noyabrın 10-da Hindistanın Yeni Dehli şəhərində 12-ci Ali Təhsil Sammiti (XII FICCI Higher Education Summit 2016) öz işinə başlayıb.
Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Tədbirə müvafiq qurumların nümayəndələri, universitet rəhbərləri, təhsil işçiləri, tanınmış təhsil ekspertləri, tələbələr qatılıblar.
Sammitdə Azərbaycandan Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva və 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirak edirlər.
Tədbirdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması yolları müzakirə olunur.
Sammit noyabrın 12-də başa çatacaq.

Oxşar xəbərlər