Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların növbəti seminarı keçirilib.
Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov “Universitetlər: maliyyə mənbələri və sənaye ilə əlaqələr” mövzusunda məruzə ilə çıxış edib.
M.Muradov seminar iştirakçılarına universitetlərin cəmiyyətdə rolu və maliyyə mənbələri, rəqabətədavamlı sənaye, təhsil-tədqiqat-sənaye arasında qarşılıqlı təsir, müxtəlif ölkələrdə tədqiqata ayrılan vəsaitlər, fondlar barədə məlumat verib. O, universitet və sənayenin qarşılıqlı təsirinin əhəmiyyətini vurğulayaraq, müxtəlif ölkələrdə sənayedən tədqiqata ayrılan maliyyələri müqayisəli təhlil edib.
Gənclər Fondu, Elmin İnkişafı Fondu və müxtəlif nazirliklər tərəfindən elan olunan qrant layihələrində iştirak qaydaları barədə məlumat verən məruzəçi bunun universitetlər üçün böyük maliyyə dəstəyi olduğunu bildirib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az