Evlilik təklifinə "yox" deyən qıza od vurdular

Evlilik təklifinə Gənc qız ölümündən öncə qatillərinin adını deyə bilib.

Pakistanda 19 yaşlı bir qız evlilik təklifinə "yox" dediyi üçün dəhşətli şəkildə qətlə yetirilib. Sevdiyi qızdan mənfi cavab alan oğlan əvvəlcə onu döyüb, sonra isə yandırıb. Tehsil-press.az-ın məlumatına görə, əvvəl işlədiyi məktəbin müdirinin oğlunun təklifini rədd edən 19 yaşlı gənc müəllimə Maria Sadaqat müdir və onun dostlarının hücumuna məruz qalıb. Sadaqatın dayısı Abdul Basit oğlanın daha əvvəl evlənib boşandığını və qızdan yaşca çox böyük olduğu üçün təklifi rədd etdiyini bildirib.
"Qızı uzun müddətdir təqib edirdilər. Buna görə də işdən çıxdı. Ən axırda da ona hücum etdilər". Təcili olaraq xəstəxanaya çatdırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları bir qrup şəxsin gənc qızı döydüyünü, daha sonra üstünə benzin tökülərək yandırdığını təsdiqləyib.
Evlilik təklifinə "yox" deyən qıza od vurdular
Maria Sadaqat - öldürülən müəllimə

Gənc müəllimə ölməzdən əvvəl onu bu vəziyyətə salan cinayətkarların adlarını polislərə söyləyə bilib. Hazırda baş verən hadisə ilə əlaqədar 1 nəfər həbs edilib.


Tehsil-press.az

Oxşar xəbərlər