BDU rektorunun müşaviri Ali təhsildə keyfiyyət təminatı üzrə II ADA Simpoziumunda çıxış edib
25–26 sentyabr 2025-ci il tarixlərində ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş Ali təhsildə keyfiyyət təminatı üzrə II ADA Simpoziumu keçirilib. Ölkədə ali təhsildə keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən universitetlərin nümayəndələrini bir araya gətirərək, fikir və təcrübə mübadiləsinə imkan yaratmaq məqsədilə keçirilən tədbirdə milli akkreditasiya, daxili keyfiyyət təminatı, tədris proqramlarının qiymətləndirilməsi, tədris və öyrənmə, insan resurslarının inkişafı, dayanıqlılıq və layihə idarəçiliyi mövzuları müzakirə olunub. Simpoziumda yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Simpoziumda Bakı Dövlət Universitetini (BDU) rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təmsil edib.
O, təqdimatında ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin beynəlxalq reytinqlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılmasına dair məlumat verib. Daxili və xarici keyfiyyət təminatı sistemi ilə DİM-lərin və onların beynəlxalq reytinq meyarlarında əksinə dair nümunələr təqdim edib.
Tehsil-press.az
- Baxış: 180
Xəbərin tarixi: 27.09.2025 / 21:01
-
Oxşar xəbərlər