Layihə çərçivəsində Ekologiya və torpaqşünaslıq, Filologiya, Coğrafiya, Tarix, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq fakültələrinin I və III kurs tələbələri arasından müsahibə yolu ilə 33 tələbə seçilib. Seçim zamanı tələbələrin motivasiyası, özünüinkişafa marağı və potensialı əsas meyar kimi nəzərə alınıb.
Proqram çərçivəsində “Karyera planlaması”, “Əmək bazarının araşdırılması”, “SMART məqsədlərin təyini”, “CV və rezüme hazırlığı” mövzularında təlim və infosessiyalar keçirilib. İştirakçılara fərdi mentorluq dəstəyi göstərilib, real əmək bazarı üçün sınaq tapşırıqları təqdim olunub və SMART yanaşma əsasında karyera planlaşdırılması həyata keçirilib.
Layihə müddətində tələbələr öz güclü və inkişaf etdirilməsi lazım olan tərəflərinin analizi, əmək bazarının dinamikası barədə analitik düşüncə formalaşdırılması, rəqəmsal və ənənəvi iş axtarışı metodları ilə tanışlıq, müsahibəyə hazırlıq və işə qəbul proseslərinin simulyasiyası imkanları əldə ediblər.
Layihənin yekununda 22 tələbə uğurlu nəticələrinə görə sertifikata layiq görülüb.
Tehsil-press.az