ADA Universitetinin Karyera xidmətləri şöbəsi tərəfindən təşkil edilən Karyera Hazırlığı Həftəsinin açılış mərasimi keçirilib.
Tədbirdə ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, akademik işlər üzrə prorektor Vəfa Kazdal, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və digər çıxış edənlər tələbələrin iş mühitinə asanlıqla keçidini təmin edən bu peşəkar hazırlıq kursunun əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tədbirin əsas məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir. Karyera Hazırlığı Həftəsi çərçivəsində maliyyə, bankçılıq, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 17 qurumu təmsil edən peşəkarlar iştirak edir. Bu qurumların 30 faizi dövlət, 70 faizi isə özəl sektoru təmsil edir.
Karyera həftəsində iştirak edən 380-dən çox tələbə 8 gün ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən peşəkarların emosional zəka, sənaye anlayışları, müsahibə bacarıqları, iş etikası, sahibkarlıq və innovasiya, şəxsi brendinq və rəqəmsal şəbəkə mövzularındakı mühazirələrində iştirak edəcək, təqdim edilən təcrübə proqramları və qısamüddətli iş imkanları ilə bağlı məlumat əldə edəcəklər. Karyera Hazırlığı Həftəsi çərçivəsində aprelin 27-də Karyera sərgisi də təşkil olunacaq. Sərgidə 120-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın tələbə və məzunlarına müxtəlif karyera fürsətləri təqdim edəcək.
Tehsil-press.az