BDU-da təlim: Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər

BDU-da təlim: Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər Bakı Dövlət Universitetində (BDU) “Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər” mövzusunda təlim keçirilib.
Tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məşğulluq sahəsində həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artmasına şərait yaradır. V.Həsənov BDU-da mütəmadi olaraq əmək bazarında yeni çağırışlara həsr olunmuş təlimlərin keçirildiyini söyləyib.
Mövzu ətrafında Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov interaktiv təqdimatla çıxış edib.
Təlimçi çıxışında Azərbaycanın əmək bazarının xüsusiyyətlərini təhlil edib, məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər