
O bildirib ki, icazəli taksilər digər taksilərlə müqayisədə 2-3 dəfə baha xidmət göstərir:
"Bu hansı insan haqqına sığır? Çox ədalətsiz sistemdir. Hava limanından Bakı İstintaq Təcridxanasına qədər olan məsafəyə 35 manat tələb edirlər”.
Sözügedən məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.
Tehsil-press.az