Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndsiliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri üçün Qəbələ şəhərində yerləşən “Gilan Qida şəhərciyi” nə texniki səfər təşkil edilib. Texniki səfərdə Mühəndislik fakultəsinin dekanı dos. Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri dos. Manafəddin Namazov, dos. Leyla Muradxanlı, baş müəllim Abbas Əlili və tələbələr iştirak ediblər.
Texniki səfər zamanı tələbələr “Gilan Qida şəhərciyi”nin nəzdində olan konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavodda olublar.
Səfərdə tələbələrə zavodun fəaliyyəti və istehsalat xətlərinin işi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 13 hektar ərazidə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən inkişaf etmiş konserv zavodudur. Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi qabaqcıl Avropa texnoloogiyaları ilə təchiz edilən zavodun illik meyvə emalı gücü 300.000 ton təşkil edir.

BANM-nin Mətbuat Şöbəsi