Gürcüstanda 21 əcnəbi saxlanıldı

Gürcüstanda 21 əcnəbi saxlanıldı Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 21 əcnəbini saxlayıb.

Bu barədə "Georgia Online" portalı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərin müəyyən edilməsi məqsədilə bir sıra ünvanlarda yoxlamalar aparıblar.

"Aparılan tədbirlər nəticəsində Hindistan, Çin, Pakistan, Banqladeş, İran və Misir vətəndaşları da daxil olmaqla ümumilikdə 21 əcnəbi saxlanılıb. Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdirilib, onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam etdirilir", - məlumatda deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər