Yarım milyon avrodan keçdi - Yolların rəsmən ayrılması üçün

Yarım milyon avrodan keçdi - Yolların rəsmən ayrılması üçün AFFA millinin baş məşqçisi postundan istefaya göndərdiyi Fernandu Santuşa təzminatı ödəyib.

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

Fəqət, federasiya rəsmisi bu məbləği açıqlamayıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, qurum ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) kompensasiya verib. Digər məlumatlara görə, bu rəqəm 4 milyon manat təşkil edir.

Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib. Dünya çempionatının seçmə mərhələsinin ilk turunun İslandiya ilə səfər oyununda qeydə alınan 0:5 hesablı məğlubiyyət portuqaliyalının gedişi ilə nəticələnib.

Tehsil-press.az

Oxşar xəbərlər