Müsabiqəyə təqdim olunan esselər 2-3 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2025-ci il oktyabr ayının 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumat üçün: (+994 50) 408 84 89
e-mail: [email protected]
Tehsil-press.az