Bakı Dövlət Universiteti tələbələr arasında onlayn esse müsabiqəsi keçirir

Bakı Dövlət Universiteti tələbələr arasında onlayn esse müsabiqəsi keçirir Bakı Dövlət Universiteti (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tələbə onlayn esse müsabiqəsi elan edib.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər, müəllifin tələbə biletinin surəti ilə birlikdə (karantin tədbirləri ilə əlaqədar foto da mümkündür) mayın 5-dək universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Birinci yerin qalibinə 300 manat, ikinci yerə 250 manat, üçüncü yerə 200 manat məbləğində mükafat təqdim olunacaq.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Maraqlananlar əlavə məlumatı (+994 50) 485 82 80 telefon nömrəsindən və [email protected] ünvanından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər