BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi elan edir

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi elan edir Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “105 yaşlı elm və təhsil məbədi” mövzusunda tələbələr arasında esse müsabiqəsi davam edir.

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə oktyabrın 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər hədiyyə və sertifikatla təltif ediləcəklər.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: [email protected].

Tehsil-press.az

Oxşar xəbərlər