BDU: “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi

BDU: “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində olmalıdır.
Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə noyabrın 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qaliblərə diplom və pul mükafatı veriləcək.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində yer alacaq.

Tehsil-press.az

Oxşar xəbərlər