BDU-da “Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda esse müsabiqəsi

BDU-da “Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda esse müsabiqəsi Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda esse müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı) yazılmalıdır. Esselər, müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə iyunun 5-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər. Təqdim olunmuş esselər müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Birinci yer 300 manat, ikinci yer 250 manat, üçüncü yer 200 manatdır.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumatı (+994 50) 408 84 89 telefon nömrəsindən və [email protected] poçt ünvanından əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər