Çeçenistandan Ermənistana qaçmışdı: İrəvanda meyiti tapıldı

Çeçenistandan Ermənistana qaçmışdı: İrəvanda meyiti tapıldı Əvvəllər itkin düşmüş hesab edilən 23 yaşlı Ayşat Baymuradovanın meyiti İrəvanda tapılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 17-də polis Baymuradovanın itkin düşmüş şəxs kimi axtarışa verildiyini açıqlayıb. Oktyabrın 19-da vətəndaş polisə müraciət edərək İrəvanın Dəmirçyan küçəsində kirayədə qaldığı mənzildə meyit tapılması barədə məlumat verib.

Məlum olub ki, ölən 23 yaşlı Ayşət Baymuradovadır.

Qızın ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır, məhkəmə-tibbi ekspertiza təyin edilib. Faktla bağlı ilkin araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl Telegram kanalları Ayşat Baymuradovanın hüquq müdafiə təşkilatının köməyi ilə Çeçenistandan Ermənistana getdiyi barədə məlumat yaymışdı.

Tehsil-press.az

Oxşar xəbərlər