BDU-nun əcnəbi tələbələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) bir qrup əcnəbi tələbəsi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib. Onlar Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. BDU-nun əcnəbi tələbələrinə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, müstəqilliyimizin qorunması yolunda gördüyü misilsiz xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Ziyarət zamanı BDU-nun əcnəbi tələbələri Azərbaycanın haqq savaşı, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı məlumatlandırılıblar.
Tehsil-press.az
- Baxış: 192
Xəbərin tarixi: 09.11.2025 / 21:02
-
Oxşar xəbərlər