BDU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BDU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Universitet kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.
BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Vətən müharibəsində BDU-nun 19 məzunu şəhid olub.
Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər