BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) kollektivi Universitetin 105 illik yubileyi ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib. BDU kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Tehsil-press.az

Oxşar xəbərlər