Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Arzu Xəlilova tərəfindən keçirilən təlimin əsas məqsədi tələbə və məzunlara əmək bazarının dinamikası, işəgötürənlərin gözləntiləri, yeni peşə trendləri və karyera planlaşdırmasına dair aktual istiqamətləri təqdim etmək olub.
Təlimçi tərəfindən iştirakçılara iş dünyasının yeni çağırışlarına uyğunlaşma strategiyaları, əmək bazarında rəqabət üstünlüyü qazanmaq üçün şəxsi brendin formalaşdırılması, effektiv CV və motivasiya məktubu yazılması barədə də tövsiyələr verilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az











