Dövlət agentliyinin vəzifəli şəxsləri işdən qovulub – SƏDRİN də işini itirəcəyi gözlənilir

Dövlət agentliyinin vəzifəli şəxsləri işdən qovulub – SƏDRİN də işini itirəcəyi gözlənilir Noyabrın 28-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşavirləri Cəfər Babaye və Əhməd Həsənov vəzifələrindən azad olunub.

Agentliyin dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənov isə öz ərizəsi ilə işdən ayrılıb.

Daxil olan məlumatda bildirilir ki, işdən azad olunanlar dövlət satınalmaları ilə bağlı korrupsiya və digər hüquq pozuntuları səbəbindən vəzifələrini itiriblər.

Mənbə yaxın günlərdə baş verənlərlə əlaqədər Agentliyin sədri Elnur Bağırovun da vəzifəsini itirəcəyinin gözlənilən olduğunu qeyd edib.

Dövlət agentliyinin vəzifəli şəxsləri işdən qovulub – SƏDRİN də işini itirəcəyi gözlənilir


Xatırladaq ki, o bu il fevral ayının 12-də Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib. E.Bağırov daha sonra öz komandasını formalaşdırıb və adları çəkilən şəxsləri Agentlikdə yüksək vəzifələrə təyin edib.

Tehsil-press.az

Oxşar xəbərlər