Müğənni Röyadan 10 milyonuncu vətəndaşa sürpriz

Müğənni Röyadan 10 milyonuncu vətəndaşa sürpriz Əməkdar artist Röya Ayxan "ASAN xidmət" mərkəzlərindən yararlanan 10 000 000-cu vətəndaşın şəxsiyyət vəsiqəsini təqdim edib.

Tehsil-press.az-ın "ASAN xidmət"ə istinadən verdiyi məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan 14 yaşlı Arzu Əliyeva valideyni ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
O, 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, Arzunun istəyini nəzərə alaraq müğənni Röya Ayxan tədbirdə iştirak edərək onu sevindirib.


Müğənni Röyadan 10 milyonuncu vətəndaşa sürpriz

Tehsil-press.az

Oxşar xəbərlər