Avropa Liqası: Azərbaycan millisi Fransaya şans vermədi-3:0

Avropa Liqası: Azərbaycan millisi Fransaya şans vermədi-3:0 İyunun 12-də qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrənin üçüncü oyunları keçirilib.

Azərbaycan millisi meydan sahibləri Fransa ilə qarşılaşıb. Faiq Qarayevin yetirmələri bundan əvvəlki bütün oyunlarda qalib gəldikləri kimi Fransa millisinə də şans verməyib - 3:0. Bununla da qrup mərhələsini məğlubiyyətsiz başa vuran komandamız 18 xalla yarımfinala adlayıb. Yarımfinalın ilk oyunları iyunun 23-də, cavab qarşılaşmaları isə 3 gün sonra - iyunun 26-da oynanılacaq.


Tehsil-press.az

Oxşar xəbərlər