Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Yamən Vəliyeva “Dindirmənin psixoloji tərəfləri” mövzusunda mühazirə keçib. Mühazirədə dindirmə prosesində psixoloji amillərin rolu, ünsiyyət və davranış mexanizmləri, emosional tənzimləmə və psixoloji təsir vasitələrinin elmi əsasları ətrafında təhlillər aparılıb. Dindirmə prosesində subyektiv və obyektiv faktorların qarşılıqlı təsiri, eləcə də psixoloji yanaşmaların hüquqi praktikada tətbiq imkanları akademik baxımdan şərh edilib.
Keçirilən növbəti təlimdə isə Psixologiya kafedrasının müəllimi, eklektik psixoterapiyanın supervayzeri David Poladov "Təzyiq altında qərarvermə" mövzusunda danışıb.
Təlimdə qərarvermə proseslərinin psixoloji strukturu, stres və təzyiq şəraitində idrak mexanizmlərinin dəyişməsi, koqnitiv qərəzlərin formalaşması və bu proseslərin süni intellekt əsaslı qərarvermə sistemləri ilə əlaqəsi elmi müstəvidə təhlil olunub. Mühazirə çərçivəsində insan psixologiyası ilə müasir texnoloji yanaşmaların qarşılıqlı əlaqəsi, eləcə də analitik sistemlərin qərarvermə proseslərində rolu nəzəri və tətbiqi aspektlərdən izah edilib.
Tehsil-press.az












