Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı, “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin dəstəyi ilə “Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusunda təlim keçirilib.
Təlim “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Günel Axundova, mərkəzin mütəxəssisi Rəna Quliyeva və psixoloq Vüsalə Hüseynova tərəfindən keçirilib.
Günel Axundova “Qadınlara qarşı gender əsaslı zorakılıq” adlı məruzəsində mövzunun aktuallığını qeyd edib, müxtəlif səbəblərdən qaynaqlanan mənfi təsirli məsələnin həll yollarını diqqətə çatdırıb. Mövzunu psixoloji faktorlar çərçivəsində ətraflı şərh edən G.Axundova tələbələrin suallarını cavablandırıb.
ATMU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Vasif Muradzadə cinsindən asılı olmayaraq hər bir vətəndaşın bu istiqamətdə düşüncələrinin erkən yaşlarda formalaşdırılmasının vacibliyini vurğulayıb.
Təlimin sonunda ATMU və “Loqos” psixoloji və nitq inkişaf mərkəzi arasında davam edən əməkdaşlıq əlaqələri çərçivəsində təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. tədbirlərin tələbə və məzunlar üçün faydalı olacağı qeyd edilib.
Tədbirdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, Sosial menecment fakültəsinin I və II kurs tələbələri iştirak ediblər.
Tehsil-press.az