
Təlimdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva moderatorluq edərək, uşaqların şəxsiyyətinin inkişafında sosial qrupların
və kiçik sosial qrup olaraq ailənin mühüm rolunu vurğulayıb. O, həmçinin uşaqlara mənfi təsir göstərən sosial qruplar və onların şəxsiyyətin formalaşmasında yaratdığı təhlükələr barədə məlumat verib.
Təlimdə Sosial iş ixtisasının Sİ23 saylı qrup tələbələri Aytən Kərimova, Nemət Heybətzadə və Pərvanə Mirzəzadə iştirak edərək, "Uşaqlara mənfi göstərən sosial qruplar" və "Kiçik sosial qrup kimi ailənin uşaq şəxsiyyətinin formalaşmasında rolu" mövzularında uşaqların inkişafına müsbət təsir göstərən sosial mühitin formalaşdırılması haqqında öz fikirlərini bölüşüblər. Mingəçevir Dövlət Universiteti bu cür təlim və tədbirlər vasitəsilə tələbələrin sosial və psixoloji biliklərinin inkişafına töhfə verməyə davam edir.
Tehsil-press.az