BDU-nun coğrafiya fakültəsində uğurlu sessiya mövzusunda onlayn seminar

BDU-nun coğrafiya fakültəsində uğurlu sessiya mövzusunda onlayn seminar Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Uğurlu sessiya: sağlam psixologiya, keyfiyyətli hazırlıq, düzgün vaxt bölgüsü” mövzusunda onlayn seminar keçirilib.
Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Vətən müharibəsində qazanılan parlaq Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Seminarın keçirilməsinin əhəmiyyətini vurğulayaraq tələbələrə 2020/2021-ci tədris ilinin ilk imtahan sessiyasında müvəffəqiyyət arzu edib.
Sonra tələbələrə imtahan sessiyasında kömək məqsədilə BDU-nun Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova "Sessiyanın uğurlu olmasında tələbələrin motivasiya imkanlarının formalaşmasının psixoloji məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Psixoloq tələbələrə sessiya dövründə psixoloji tarazlığın təmin olunması və düzgün vaxt bölgüsü üsulları haqqında geniş məlumat verib. K.Kazımova BDU-da fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə diqqət çəkərək, tələbələrin istənilən psixoloji dəstəyə ehtiyac duyduqları zaman bu quruma müraciət edə biləcəklərini iştirakçıların diqqətinə çatdırıb.
Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Asif Abdulalimov çıxış edərək komitənin təşkilatçılığı ilə keçirilən tədbirlərə göstərilən maraq və dəstəyə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər