Bu fikirləri Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva öz feysbuk hesabında paylaşıb.
O qeyd edib ki, bu sahədə emosional reaksiyalar yox, ölçülmüş və məsuliyyətli yanaşmalar üstünlük təşkil etməlidir:
"Müəllimi yoran, ailəni gərginləşdirən, uşağın psixoloji durumunu kölgədə qoyan hər proses uzunmüddətli sosial risk yaradır. Bu riskləri vaxtında görmək və idarə etmək dövlətin məsuliyyətidir. Təhsildə sabit və nizamlı islahatlar təsadüfi qərarlarla yox, ardıcıl və balanslı yanaşma ilə qorunur".
Tehsil-press.az











