Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının psixologiya ixtisasının II kurs tələbələri və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları üçün ekstremal şəraitdə psixoloji xidmətin təşkilinə dair praktik dərslər təşkil olunub.
“SABAH” qruplarının ümumi psixologiya fənninin müəllimi Aytən Quliyevanın rəhbərliyi ilə dərs prosesində tələbələr ekstremal şəraitdə psixoloji xidmət, fəlakətlər və insan psixologiyası, insan psixologiyasının sosial-psixoloji aspektləri barədə təqdimatla çıxış edib, testlər keçiriblər.
Dərs zamanı ekstremal və fövqəladə hallar zamanı xilasedicilərin hadisələri aradan qaldırması yolları nəzəri-praktik cəhətdən izah olunub.
Praktik dərsin keçirilməsində məqsəd ekstremal və fövqəladə vəziyyətlərdə xilasedicilərin adekvat reaksiyaya hazırlıqlı olmasıdır.
Tehsil-press.az