Vanqa 2026-cı illə bağlı bu 5 PROQNOZU VERİBMİŞ...

Vanqa 2026-cı illə bağlı bu 5 PROQNOZU VERİBMİŞ... Balkanların məşhur görücüsü kimi tanınan Baba Vanqanın 2026-cı illə bağlı dedikləri gündəmə gəlib.

Internet məkanında yayılan iddialara görə, Vanqa bu il üçün bəşəriyyəti narahat edəcək bir sıra hadisələrdən bəhs edib. Lakin araşdırmalar göstərir ki, bu proqnozların böyük hissəsi rəsmi mənbələrə deyil, sonradan formalaşmış şayiə və yozumlara əsaslanır. Mənbələrdə yer alan iddialara görə, Baba Vanqa 2026-cı ildə dünya siyasətində gərginliyin artacağını, bəzi regionlarda genişmiqyaslı münaqişələrin baş verə biləcəyini öncədən görüb. Bu proqnozlar bəzən Üçüncü Dünya Müharibəsi ehtimalı ilə əlaqələndirilir.

Digər yayılan iddialar isə 2026-cı ildə təbiət fəlakətlərinin, güclü zəlzələlərin, ekstremal hava hadisələrinin və iqlimlə bağlı böhranların artacağını iddia edir. Vanqanın “təbiətin insanlara cavabı sərt olacaq” kimi ifadələr işlətdiyi deyilir. Proqnozlar arasında texnologiya ilə bağlı narahatlıqlar da yer alır. Belə ki, bəzi mənbələrdə 2026-cı ildə süni intellektin insan həyatına ciddi şəkildə təsir edəcəyi, bir sıra sahələrdə insan faktorunu arxa plana keçirəcəyi iddia olunur. Ən çox diqqət çəkən və mübahisə doğuran iddialardan biri isə yadplanetlilərlə təmas mövzusudur. İnternetdə yayılan məlumatlara görə, guya Baba Vanqa 2026-cı ildə Yer kürəsinin başqa sivilizasiya ilə qarşılaşacağını söyləyib. Bu iddia elmi əsaslara söykənmədiyi üçün daha çox sensasion xarakter daşıyır.

Bundan başqa, 2026-cı ildə qlobal iqtisadi çətinliklərin, maliyyə böhranlarının və pul sistemində qeyri-sabitliyin yaşana biləcəyi də Vanqaya aid edilən proqnozlar sırasındadır. Araşdırmalar göstərir ki, Baba Vanqa heç vaxt proqnozlarını yazılı şəkildə qələmə almayıb. Onun dedikləri əsasən yaxın ətrafının xatirələri və sonradan edilən şərhlər əsasında yayılıb. Bu səbəbdən 2026-cı illə bağlı səsləndirilən fikirlər rəsmi və təsdiqlənmiş məlumat deyil, daha çox populyar mifik yanaşmalar kimi qiymətləndirilir. Bildirilir ki, bu cür proqnozlara skeptik yanaşmağı və onları fakt kimi deyil, ictimai maraq doğuran iddialar kimi dəyərləndirməyi tövsiyə edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər